Dünya

İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü oldu (FOTOLAR)

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırdılar.

Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi.

Dövlətimizin başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü oldu (FOTOLAR)İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü oldu (FOTOLAR)

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin