Dünya

“TikTok”un qadağan olunduğu ÖLKƏLƏR VƏ SƏBƏBLƏRİ

“TikTok” dünyanın ən populyar sosial media platformalarından biridir. 2023-cü ilə qədər onun 1 milyarddan çox aktiv istifadəçisi var. Sözügedən platformanın istifadəsi bəzi ölkələrdə qadağandır. Bu qadağaların əsas səbəbləri arasında təhlükəsizlik, məxfilik və mənəvi narahatlıqlar var.Avropa BirliyiAvropa Komissiyası və Aİ Şurası 23 fevral 2023-cü ildə “TikTok”un istifadəsi ilə bağlı işçilərin telefonlarına müvəqqəti qadağa qoyub. Qərar kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə qəbul edilib.Böyük BritaniyaBöyük Britaniya hökuməti 16 mart 2023-cü ildə “TikTok”u bütün dövlət elektron cihazlarına qadağan edib. Hökumət bu qərarı Çin hökumətinin müdaxiləsi və nəzarətindən narahat olduğu üçün verib.Amerika Birləşmiş Ştatlatları (ABŞ)ABŞ-ın Montana ştatında “Tiktok”u tamamilə qadağan edən qanun layihəsi qəbul edilib. Nyu-York Bələdiyyəsi “TikTok”un dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. Qərar verərkən “TikTok”un Çin Kommunist Partiyası üçün məlumat topladığı və bunun milli təhlükəsizliyə təhdid olduğu iddia edilib.Yeni ZellandiyaYeni Zelandiya 17 mart 2023-cü ildə “TikTok”un bütün parlament cihazlarında qadağan olunduğunu elan edib. Qadağa hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verilib.DanimarkaDanimarka 2023-cü ilin mart ayında “TikTok”un iş cihazlarından qadağan edilməsini əmr edib. Ölkənin Müdafiə Nazirliyi qadağanın səbəbi kimi təhlükəsizliklə bağlı narahatlıqları göstərib.ƏfqanıstanTaliban 2022-ci ilin aprelində Əfqanıstanda “TikTok”a qadağa qoyub. Taliban administrasiyası bu qərarı gəncləri “aldatmaqdan” qorumaq üçün qəbul edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin