Dünya

Həbsxanada Nobel qazandı: Mükafatı övladları aldı

2023-cü il Nobel Sülh Mükafatı Norveçdə keçirilən mərasimdə təqdim edilib. Xarici medianın bildirdiyinə görə, Narges Mohammadi həbsdə olduğu üçün mükafat övladları Kiana və Əli Rəhmaniyə verilib.Nobel Sülh Mükafatı bu gün Norveçin paytaxtı Osloda keçirilən mərasimdə təqdim edilib. Keçən oktyabr ayında “İranda qadınların zülmünə qarşı insan hüquq və azadlıqları” uğrunda mübarizəsinə görə mükafatı qazandığı açıqlanan Narges Mohammadi Oslo meriyasında keçirilən mərasimdə iştirak edə bilməyib.İranda 13 dəfə həbs edilən, 5 dəfə mühakimə olunan, 31 il həbs cəzası alan və hazırda həbsdə olan Mohammadinin yerinə Nobel medalı, Nobel diplomu və 11 milyon İsveç kronunun çeki övladları Kiana və Əli Rəhmaniyə verilib. Mərasimdə həbsxanada olan anasının yazdığı məktubu oxuyan Kiana Rəhmani “İran xalqı zülm və avtoritarizmə qətiyyətlə qalib gələcək. “Səhv etməyin, bu, qətidir” deyib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin