Hadisə

Bakıda yeniyetmələr arasında bıçaqlı dava – Ölən var

Dekabrın 15-də saat 15 radələrində Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan V.C-nin (şərti) xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı yetkinlik yaşına çatmayan Ə.B-nin (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək V.C-ni qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Ə.B. iş üzrə prokurorluğun qərarı əsasında tutulub.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.