Cəmiyyət

XİN rəhbəri: COP29 Azərbaycanın nüfuzunun güclənməsinin sübutudur

Azərbaycan bu gün xarici siyasətdə uğurlar əldə edib.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə diplomatiya həftəsində çıxışı zamanı bildirib.
“Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi nümunəvi sədrlik adlandırılıb. Ölkəmizin QH-yə sədrliyi dövründə bu təşkilata marağın artması, yeni üzvlərin müşahidəçi statusu alması, onun nəzdində yeni institutların yaradılması, 120 ölkə tərəfindən Azərbaycanın sədrliyinin bir il də uzadılmasına razılıq verilməsi uğurlu sədrliyin nümunəsidir”, – nazir vurğulayıb.
Azərbaycanlı nazir xatırladıb ki, bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirin – COP29-un ölkədə keçirilməsinə razılığın verilməsi Azərbaycanın etibarının artması, ölkənin nüfuzunun güclənməsinin sübutudur.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər