Dünya

İran sərhəddəki qoşunlarını gücləndirir

İran Ordusunun quru qüvvələri istənilən təhlükəyə tez və vaxtında cavab vermək üçün şimal-şərq sərhəd bölgələrində pilotsuz təyyarələr, raketlər və artilleriya bölmələri yerləşdirib.
IRNa xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı, briqada generalı Kəyumərs Heydəri məlumat yayıb.
O bildirib ki, İranın şimal-şərq sərhədlərində qüvvələrin yerləşdirilməsi quru qoşunlarının çatışmazlığı olan ərazilərə diqqəti yönəltmək məqsədi daşıyan hərbi məkan planlamasını həyata keçirmək üçün həyata keçirilir.
General Heydəri qeyd edib ki, ölkənin quru qoşunları qarşısında İslam Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumaq vəzifəsi durur.
Onun sözlərinə görə, bu məkan planlaması İranın sərhədyanı ərazilərində raketlər, pilotsuz uçuş aparatları və manevr qüvvələrindən istifadə etməklə istənilən təhlükə qarşısında qəti və vaxtında əməliyyat planının həyata keçirilməsi məqsədi ilə həyata keçirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin