Cəmiyyət

Ombudsmandan məktəbdə partlayıcının aşkarlanması ilə bağlı ÇAĞIRIŞ

İşğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfərlərlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocavənddə yerləşən məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanması ilə bağlı şərhində deyilir.

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə həyata keçirilən əməliyyatlar zamanı sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanmışdır. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilmişdir.Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilmiş həmin tələ qurğusunun təhsil ocağında yerləşdirilməsi terrorun məhz dinc mülki əhaliyə qarşı yönəldiyini göstərir.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Ermənistanın dinc əhalinin fundamental insan hüquq və azadlıqlarının kobud pozulması ilə müşayiət olunan cinayət əməllərini şiddətlə qınayır, beynəlxalq təşkilatları bu kimi əməllərə sərt reaksiya verməyə dəvət edirəm”, – şərhdə bildirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər