Dünya

MDB PA missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.
MDB Parlamentlərarası Assambleyasından verilən xəbərə görə, bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovadan MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkoya məktub daxil olub.
Məktubda MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidəçilərə Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün dəvət yer alıb.
“Əminəm ki, MDB PA-dan bir qrup müşahidəçinin iştirakı Azərbaycan ilə MDB PA arasında hərtərəfli əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcək”, – Azərbaycan parlamenti sədrinin məktubunda deyilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin