Dünya

“Zaqreb Open”: Azərbaycanın yeddi sərbəst güləşçisi bu gün mübarizə aparacaq

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə bu gün start veriləcək.“Report”un məlumatına görə, ilk gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərlik etdiyi Azərbaycan millisinin heyətində bu gün yeddi pəhləvan xalça üzərinə çıxacaq.Bunlar İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov və Arseni Cioyevdir (hər ikisi 86 kq).Qeyd edək ki, yanvarın 11-də yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq), həmçinin qadın güləşçi Gültəkin Şirinova (55 kq) mübarizəyə qoşulacaqlar.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin