Cəmiyyət

Bu il pensiya artımı nə qədər olacaq? – AÇIQLAMA

“Hər il ölkədə nə qədər inflyasiya olursa, pensiyalar ona uyğun olaraq indeksləşdirilir”. Bunu açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu ay olacaq indekləşmə ilə 500 manat pensiyası olan şəxs haradasa 50-60 manat əlavə vəsait alacaq. “Yanvar ayının sonunda bu məsələ öz həllini tapacaq. Bu artımı müsbət qiymətləndirirəm”. Bu artımın ərzaq bazarındakı qiymətlərə uyğunluğuna gəlincə, deputat qeyd edib ki, rəsmi statistikaya uyğundur: “Rəsmi statistikada inflyasiya 10 faizə yaxın olur. Amma qeyri-rəsmi olaraq bazarda tək ərzağın inflyasiyası 20-30 faizə yaxın olub”.Qeyd edək ki, 2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər