Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli bürünc medal qazanıb.
“Sizin Zaman” xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yarışan idmançımız ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb. Rəqibinə 9:5 hesabı ilə qalib gələn N.Məmmədli Avropa üçüncüsü olub.