Putini tənqid edən keçmiş polkovnik üçün həbs cəzasıRusiya prezidenti Vladimir Putini tənqid edən keçmiş polkovnik İqor Girkin 4 il müddətinə azadlıqdan məhrum edilib. Putinlə yanaşı, Rusiya müdafiə naziri Sergey Şoyqunu da tənqid edən İqor Girkin Moskva Şəhər Məhkəməsində hakim qarşısına çıxıb. Rəsmilərin Ukraynada əməliyyatı “səriştəsiz” həyata keçirdiklərini deyən Girkin məhkəmə tərəfindən “ekstremizmə çağırış” ittihamı ilə 4 il müddətinə həbs cəzası alıb.
Putini tənqid edən polkovnik həbs edildi
