Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin Ordu Günündə səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavab verib.”Unikal” xəbər verir ki, “28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. Bu fikirlərə dair şərhiniz nədir?” sualına cavab olaraq Ayxan Hacızadə bildirib ki, Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.
XİN-dən Paşinyanın təklifinə CAVAB
