Cəmiyyət

Sərvərin maşını Türkiyədə sərgilənəcək – FOTOLAR

Sosial şəbəkələrdə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirlinin köhnə sovet avtomobili Türkiyədə keçiriləcək sərgidə təqdim olunacaq.

“SizinZaman” xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb. 

Avtomobil Adıayamanda sərgilənəcək.

Xatırladaq ki, 2023-cü ilin fevralında Sərvər Bəşirli Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş insanlara göndərilmək üçün köhnə avtomobili ilə humanitar yardım aparıb. O, xilasetmə əməliyyatlarında da könüllü kimi iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Bəşirlini zəlzələdən zərərçəkənlər və bölgədəki işləri ilə diqqət çəkən könüllülər üçün təşkil etdiyi iftar proqramına dəvət etmişdi. Bundan başqa, türkiyəli iş adamı Sebahattin Civelek Bəşirliyə maşın hədiyyə edib və ona ev tikdirib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər