Dünya

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyanın qərbindəki İşikava prefekturasında və Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 241-ə yüksəlib.

“SizinZaman” xəbər verir ki, İşikava prefekturasının qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayı artıb. 

Açıqlamada 13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.  

 Mərkəzi hökumət, yenidənqurma layihələri çərçivəsində yaşı müəyyən həddi aşan ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcəyini açıqlayıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin