Dünya

“Rembo” qızlarına hərbi təlim keçdirir

“Rokki” və “Rembo” filmləri ilə məşhur olan Hollivud ulduzu Silvestr Stallone qızlarına hərbi təlim keçdirir. “Sizin Zaman” xarici KİV-ə istinadən xəbər verir ki, təqaüdə çıxmış donanma əsgərləri tərəfindən keçirilən təlim hər səhər saat 06:00-da baş tutur. O, üç qızının özlərini qoruması üçün bu addımı atıb.

77 yaşlı məşhur aktyorun “çox qoruyucu ata” olduğunu ifadə edən 27 yaşlı Sofiya və 25 yaşlı Sistine hərbi müdafiə təhsili də alıblar. “New York Post” qəzetinə danışan Sistine “Meşədə 6 saat məşq etmək çətindir” deyib. Model olan Sistine gənc yaşlarından ataları ilə birlikdə hərbi təlimlərə getdiklərini bildirib.Silvestr Stallone də qızlarının məşqdə toyuq tutmağa çalışdığını açıqlayıb və “Bu, əyləncəli görünə bilər, amma siz sürətli və səbirli olmağı öyrənirsiniz”, deyə ifadə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin