Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.”SizinZaman“ın xəbərinə görə, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.“İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb”, – Usubakunov deyib.İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.Həlak olanların şəxsiyyəti müəyyən olunub.
Qırğızıstanda qar uçqunu: 4 turist öldü
