Dünya

Macarıstan prezidenti istefaya göndərildi

Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.”SizinZaman” TASS-a istinadən xəbər verir ki, deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.Novak istefasını fevralın 10-da pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini etiraf edib və vəzifəsini tərk etmək qərarına gəlib.Onun yerinə parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyini irəli sürüb.Onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək.Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin