Cəmiyyət

DYP İdarəsi futbol azarkeşlərinə  müraciət etdi

Bu gün doğma komandamız “Qarabağ” və Almaniyanın “Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.”SizinZaman” xəbər verir ki ,bu barədə Bakı şəhər DYP İdarəsinin futbol azarkeşlərinə müraciətində bildirilib.Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər