Dünya

Pezeşkianın xarici siyasətdə prioriteti Yaxın Şərqdir: Bəs Azərbaycan?

“Məsud Pezeşkianın da xarici siyasətində əsas prioritet birmənalı şəkildə Yaxın Şərq regionudur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın yeni prezidenti Məsud Pezeşkianın xarici siyasətdə atdığı ilk addımlarını şərh edərkən deyib.
“Pezeşkianın soyadına çoxları bəlkə də fikir verməyib. Onun soyadı farsca “həkim” deməkdir. Özü də həkimdir. Adətən bu cür təvafüqlər dərin dövlətlərin hazırladıqları və yetişdirdikləri şəxslərdə olur. Ona görə açıq şəkildə görünən odur ki, Pezeşkian ilk növbədə İranın maraqlarına xidmət edən addımlar atacaq. Bu gün Tehranın maraq dairəsi əsasən Yaxın Şərqdir, İraq, Suriya, Livan və Fələstindəki iştirakdır. İranın bu ərazilərdən getməsi dünya siyasətindən getməsi deməkdir. Ona görə Pezeşkian da xarici siyasətində məhz bu istiqaməti əsas götürəcək”, deyə Azər Hüseynov bildirib.

Azərbaycanla münasibətlərə gəlincə, həmsöhbətimiz düşünür ki, Pezeşkian bürokratik aparatda islahatlar aparmalıdır: 

“Azərbaycana yönəlmiş erməniyönlü bəyanat verənləri uzaqlaşdırmalıdır. Azərbaycan getdikcə güclənir və ona görə də istifadə müddəti bitmiş, Ermənistanı himayə edən dairələr İranda zərəsizləşdirilməsə, bu, Tehranın öz ziyanına işləyəcək”. Ekspert qeyd edir ki, İranın Ermənistan siyasətində də dəyişikliyin olması zəruridir: 
“Çünki əslində, İranın şimaldan gözlədiyi Qərb təhlükəsi Azərbaycandan qaynaqlanmır. Bu təhlükə getdikcə Qərbə daha çox meyil edən Ermənistandan qaynaqlanır. Ermənistan bu və ya digər şəkildə bir gün İranı Qərbə “satacaq”. İran Cənubi Qafqazla bağlı diplomatik fəaliyyətində dəyişikliklər etməlidir”.
İranda seçilən yeni prezident Məsud Pezeşkian ilk addımları göstərir ki, ölkənin xarici siyasi kursu dəyişməyəcək. Belə ki, Pezeşkian Rusiya ilə münasibətlərə müsbət yanaşıb. Qonşularla da normal münasibətlər qurulmasının tərəfdarı olduğunu bəyan edib. Qərbə münasibətdə isə əvvəlki prezidentlərin yürütdüyü siyasəti yürüdür. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin