ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Amerikanı xilas etmək” adlı yeni kitab yazıb.
Orada o, Meta şirkətinin rəhbəri Mark Zükerberq haqqında da yazıb. Tramp onu 2020-ci il seçkilərində saxtakarlığa cəhddə günahlandırır. Prezidentliyə namizəd biznesmeni həbslə hədələyir.
Qaynarinfo “Politico”ya istinadən xəbər verir ki, kitab sentyabrın 3-də çıxacaq.Nəşr kitabın bəzi hissələini dərc edib. Orada Donald Tramp yazır ki, prezidentlik müddətinin sonunda Mark Zükerberq həyat yoldaşı Prissilla Çanla birlikdə Ağ Evə gəlib. Eks-prezidentin sözlərinə görə, sahibkar “bacardığı qədər özünü yaxşı” göstərməyə çalışıb. Siyasətçinin sözlərinə görə, Zükerberq artıq o zaman “prezidentə qarşı sui-qəsd” hazırlayırdı.