Cəmiyyət

Azərbaycanda 11 yaşlı qıza qarşı zorakılıqda təqsirləndirilən qohumu həbs edildi

Lənkəranda 11 yaşlı qız qohumu tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Tütəpeştə kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə nənəsi ilə birgə yaşayan 11 yaşlı A.V. evdə tək qalan zaman 44 yaşlı qohumu onlara gələrək ona qarşı seksual xarakterli zorakılıq edib.

Qeyd edək ki, A.V.-nin anası Sumqayıt şəhərində yaşayır. 

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb:

“Müvafiq ekspertizalar təyin edilib. Bir nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır”.

Dursun Tağıyeva

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər