Cəmiyyət

Bakıda “kreativ” velosiped yolu: Böyrək daşının düşməsinə faydalıdır – FOTO

Şüvəlan-Mərdəkan yolunda salınan velosiped yolu yalnız kənardan xoş görüntü bəxş edir.

Sözügedən istiqamətdə velosiped sürmək istəyən şəxslər həmin əraziyə gedəndə yolun, sadəcə, asfalt örtüyü üzərinə çəkilən rəngli boyadan ibarət olduğunu gördüklərini deyirlər:

“Sanki qrunt yola qırmızı boya, üstünə də velosiped şəkli çəkiblər. Yolun o biri tərəfi isə hələ hazır deyil. Təsəvvür edin, yeni cücərən otlar asfalt örtüyünü yarıb çıxır. Özü də yol düz deyil, dərə-təpədir”.

Zabrat yolları ilə müqayisə edilən velosiped yolunun bərbad vəziyyətdə olduğu deyilir. Həmin velosiped yolundan istifadə edən şəxslər iddia edirlər ki, dövlət pul ayırıb, ancaq kimlərsə yeyinti edib, “yola veriblər”.

İnsanlar həmin yolda qətiyyən velosiped sürməyin mümkün olmadığını deyirlər. Hətta paylaşımlardan birində vətəndaş kinayə ilə sözügedən velosiped yolunun böyrək daşından əziyyət çəkənlərə faydalı ola biləcəyini qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər