Xəbər verdiyimiz kimi, atyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etdiyi və bir xanımla imam nikahında olduğu ortaya çıxıb.
“SizinZaman” xəbər verir ki, həyat yoldaşının xəyanət iddialarından sonra Neslihan Atagül səssizliyini pozub. O,”Səs-küylü mühitdə normal söhbətdir”, – deyə açıqlama yayıb.
Türkiyə mətbuatı Atagülün Doğulunun xəyanətinə əhəmiyyət vermədiyini yazıb.
Həmçinin, Kadirin kəbinli həyat yoldaşı olduğu deyilən Sezen Çakır da sosial media hesabından açıqlama verib. Doğulu ilə dost olduqlarını bildirən Çakır, “Həyatım boyu heç vaxt ikinci həyat yoldaşı və ya həyatında alternativlər arasında olan qadın olmamışam”, – deyə bildirib.