Siyasət

Beynəlxalq Bankın məhkəməyə verdiyi şirkətlər kimindir?

Azərbaycan Beynəlxalq Bankı (ABB) iki şirkəti məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, ABB kredit müqaviləsi üzrə mübahisələrdən dolayı Bakı Kommersiya Məhkəməsində “Hikmət İnşaat” MMC və “Hikmət Aqro” MMC barəsində iddia qaldırıb. Bankın iddiası hakim Zaur Pirverdiyevin icraatındadır. 

“Hikmət İnşaat” MMC 21 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur. 

21 fevral 2006-cı ildə 20 AZN-lik nizamnamə kapitalı ilə qeydiyyatdan keçən “Hikmət Aqro” MMC də “Hikmət İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Şirkətin qanuni təmsilçisi isə Xəlilov İlham Salah oğludur. 

Yasamal rayonu, Landau küçəsi, ev 6-da daha iki şirkət qeydiyyatdadır. Bunlardan biri “TNH” MMC-dir ki, onun da qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur. 

Mediada yayılan məlumatlara görə, “TNH” MMC-nin təsisçiləri “Gilan” MMC və “Hikmət İnşaat” MMC-dir. “Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkət kimi tanınır. Bu halda “TNH” MMC, “Hikmət Aqro” MMC və “Hikmət İnşaat” MMC-nin də ona məxsus olduğuna şübhələr yaranır. 

Yasamal rayonu Landau küçəsi, ev 6 “Astoriya Tibb Mərkəzi” MMC-nin də hüquqi ünvanıdır. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Əlisəftər oğludur. 

İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənidir. O, IV və V çağırış Milli Məclisin deputatı olub. 

Beləliklə aydın olur ki, ABB-nin məhkəməyə verdiyi şirkətlər sıradan biznes subyektləri deyil.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,