İdman

Gəncəlilərin futbol həsrəti nə vaxt bitəcək? – FOTO

Gəncəli azarkeşlər “Kəpəz”i bu mövsüm doğma meydanda izləyə bilməyəcəklər.

Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqası “sarı-göylər”in iki ev matçının – “Turan Tovuz” və “Sumqayıt”la görüşlərin Qəbələdə keçirilməsinə qərar versə də, bu, kifayət deyil. Tovuz klubu ilə qarşılaşma artıq keçirilib. Komanda “Sumqayıt”ı aprelin 29-da qəbul edəcək. Bundan sonra komanda Gəncəyə köçməli idi. Ancaq stadionun durumu buna imkan vermir.

Gəncə şəhər stadionunun meydançasına toxum səpilib, hətta cücərib də. Ancaq qazonun normal hala düşməsi üçün hələ bir müddət də vaxt lazım olacaq. “Kəpəz” böyük ehtimalla mayın 5-də “Sabah”ı, 21-də “Neftçi”ni də doğma divarlar arasında qəbul edə bilməyəcək. Ümumiyyətlə, komandanın bir də növbəti mövsüm öz meydanına qayıdacağı gözlənilir.

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Oxu.Az-a məlumatı təsdiqləyib.

“Çox güman ki, stadion gələn mövsümə hazır olacaq”, – A.Mustafayev bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata