Cəmiyyət

Fermerlər keyfiyyətli məhsul əldə edəcək, xərclər azalacaq: Memorandum imzalandı – FOTO

“Azərşəkər” MMC ilə “MKT İK” MMC arasında pambıq əkinlərində müasir elmi yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində memorandum imzalanıb.

İlkin olaraq, “MKT İK” MMC-nin fəaliyyət göstərdiyi 15 rayonda 267 fermeri əhatə edəcək yeni layihədə toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlər “Azərşəkər” şirkətinin tərkibində olan “Agrolab” kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik üçün lazım olan vacib elmi yanaşmaların tətbiq edilməsi ilə həyata keçiriləcək.

Əməkdaşlığa əsasən, “Agrolab” tərəfindən fermerlər üçün təlimlər təşkil ediləcək, pambıq bitkisinin becərilmə prosesində kompleks laborator analizlər icra ediləcək, düzgün aqrotexniki qulluğun yerinə yetirilməsi üçün mühüm tövsiyələr veriləcək.

Tədbir zamanı “Agrolab”ın rəhbəri Anar Qədirov qeyd edib ki, bu əməkdaşlığın ölkəmizdə kənd təsərrüfatına elmi yanaşmaların tətbiqinin daha da sürətlənməsində, müasir yanaşmalarla idarə edilən təsərrüfatların yaranmasında, digər fermer və şirkətlərin də təşviqində mühüm rol oynayacaq.

“Agrolab” – müasir texnoloji imkanları ilə təmin olunmuş kənd təsərrüfatı laboratoriyasıdır və MDB məkanında tanınmış “Agro Analiz” kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti ilə “Azərşəkər” şirkətinin tərkibində 2019-ci ildə Yevlax rayonunda yaradılıb. “Agrolab” kənd təsərrüfatı laboratoriyası çağdaş elmi yanaşmaların tətbiq olunması və əkin sahələrinin əsaslı surətdə öyrənilməsi ilə müasir təsərrüfatların yaradılması, düzgün və ən müasir yanaşmalarla inkişaf etdirilməsi üçün xidmət göstərir.  

Laboratoriyalarda torpağın, toxumun, bitkinin, suyun uyğun aqrokimyəvi, mikrobioloji və fitopatoloji analizləri ən müasir texnologiyalarla həyata keçirilir. İcra olunan analizlər və gündəlik işlərin təşkili “Agro Analiz” kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır. 

Mütəxəssislər tərəfindən analiz nəticələrinin düzgün emalı və yüksək keyfiyyətli təhlili əkinçilik və ya bitkiçilik fəaliyyəti ilə məşğul olunan sahələrin torpaq tərkibində, suvarma sularında və becərilən bitkilərdə olan problemləri qısa zamanda müəyyən edilib, aradan qaldırmaq üçün operativ və düzgün həll yolları haqqında məlumat əldə etməyə imkan verir.

“MKT İK” MMC-nin idarə heyətinin üzvü Vüqar Ağayev də yaranan əməkdaşlığı yüksək qiymətləndirib və ölkədə pambıq istehsalına böyük töhfə verəcəyini vurğulayıb. O, son illərdə şirkətin qazandığı uğurlardan, pambıq istehsalı və ixracatında “MKT İK” MMC-nin müstəsna xidmətlərindən və potensial inkişaf hədəflərindən danışıb. Vüqar Ağayev həm də, laborator analizlərin yığılması və təhlilində xidmətləri olacaq mütəxəssislərə uğurlar arzu edib. 

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. 2022-ci il üzrə hazırlanan qeyri-dövlət və qeyri-neft ixracatçı subyektlərin reytinqində “MKT İK” MMC birinci yerdə qərarlaşıb. Hal-hazırda müəssisədə işçi sayı 5000 nəfərə yaxındır və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər