Dünya

“Rusiya vəziyyəti həll etmək üçün lazımi səylər göstərir” – Zaxarova

Rusiya Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti həll etmək üçün lazımi səylər göstərir.

“Unikal” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

XİN nümayəndəsinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin aprelin 24-də verdiyi bəyanatda öz mövqeyini açıq şəkildə ifadə edib: “Hazırda Rusiya sülhməramlı qüvvələri tərəfindən Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata qayıtmaq üçün həm yerdə, həm də siyasi səviyyədə bütün lazımi səylər göstərilir”.

Zaxarova əlavə edib ki, Moskva rəsmi İrəvanın da qarşılıqlı məqbul həll yollarının axtarışına öz töhfəsini verməsini prinsipial olaraq vacib hesab edir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin