Cəmiyyət

Şəki və Zaqatalada “Ana dili – qəlbin aynası” olimpiadasının ikinci mərhələsi keçirilib

Azərbaycanda “Ana dili – qəlbin aynası” rus dilində XV Respublika olimpiadasının ikinci mərhələsi keçirilir. Olimpiada Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən bildiriblər.

Aprelin 26-da Şəki şəhərindəki 11 saylı ümumtəhsil məktəbində olimpiadanın 15-ci, Zaqatala şəhərinin 3 saylı ümumtəhsil məktəbində 16-cı turu keçirilib. Olimpiadada Qax, Balakən, Qəbələ və Oğuz rayonlarından olan məktəblərin 7-9-cu sinif şagirdləri iştirak ediblər.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin – Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və məktəblərin müəllimləri olimpiada iştirakçılarını salamlayıblar.

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim edilib. Layihə çərçivəsində məktəbdə istifadə üçün bədii və metodik ədəbiyyat da hədiyyə olunub.

Rus dilində olimpiada Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universiteti və Bank “VTB-Azərbaycan”ın dəstəyi ilə keçirilir.

Olimpiadanın ikinci mərhələsi aprel-iyun aylarında Azərbaycan məktəblərinin 7-9-cu sinif şagirdləri arasında esse formasında keçirilir. Olimpiada çərçivəsində ümumtəhsil müəssisələrini ziyarət etməklə, Azərbaycanın şəhər və rayonlarına regional turlar təşkil olunacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər