Cəmiyyət

Röya Ayxan dulusçuluq sahəsində bacarığını sınadı – FOTO

Tanınmış müğənni, xalq artisti Röya Ayxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Qurumdan verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını sınayıb.

Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri və yaradıcılıq mühiti qonaqda xoş təəssürat yaradıb.

Musiqi studiyasında Mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara qoşulub.

Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti ilə repertuarından sevilən mahnıları canlı ifa edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər