Cəmiyyət

Tovuz sakininin 15 ildir aldığı təqaüd kəsildi – VİDEO

Tovuz rayonunun Alakol kənd sakini, 42 yaşlı Aynur İsmayılovanın təqaüdü kəsilib.

Xezerxeber.az məlumat verir ki, Aynur  İsmayılova 15  ildir mübarizə apardığı qıcolma, yüksək təzyiq və eplepsiya xəstəliyinə görə əvvəllər ikinci qrup, daha sonra isə üçüncü qrup üzrə təqaüd alıb.

O, illərdir ki, təqaüd pulu ilə dərmanlarını aldığını bildirir. Lakin bir ildən çoxdur ki, təqaüdünün bərpası üçün aidiyyəti üzrə müraciətlər etsə də hər dəfə fərqli imtina səbəbləri ilə üzləşib.

Daha sonra vətəndaş Respublika Əlillərin Bərpa Mərkəzinə yönləndirilib. Ora da müraciət edən Aynur İsmayılova yenə çarəsiz qalıb.

Dövlət Tibb-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məsələyə münasibət bildirilib.

Daha ətraflı süjetdə:

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər