İdman

Final matçında Makrona qarşı aksiya keçirilə bilər

Fransız azarkeşlər aprelin 29-da “Nant” və “Tuluza” arasında keçiriləcək ölkə kubokunun finalında Fransa Prezidenti Emmanuel Makrona qarşı aksiya keçirə bilərlər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Bildirilib ki,  Parisin “Stad de Frans” stadionunda keçiriləcək oyundan əvvəl qırmızı vərəqə və fitlərin paylanmasını planlaşdıracaq. İctimai nəqliyyatın çıxışlarında atributların paylanacağı gözlənilir.

“Bu aksiya pensiya islahatlarına münasibətimizi göstərmək üçün nəzərdə tutulub. Qırmızı vərəqələrə qadağa qoymaq gülünc olardı” – deyə aksiyanın təşkilatçısı Kamel Brahmi bildirib.

Həmçinin, stadionda elektrik enerjisinin kəsilməsi ilə bağlı aksiya istisna edilmir ki, bu da Makronun son ictimai çıxışlarında artıq baş verib. Bu səbəbdən “Stad de Frans”da əlavə dörd generator quraşdırılacaq.

Qeyd edək ki, Fransa Prezidenti ənənəvi olaraq ölkə kubokunun final oyunlarında iştirak edir, lakin bu il Makronun oyuna gedəcəyi barədə məlumat verilməyib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata