Siyasət

“Azərbaycanın dərdi dərdimizdir”

“1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə olunur”.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, erməni tezisini dəstəkləyən dövlətlərin məqsədi Türkiyənin qarşısını almaqdır:

“Ermənipərəst ölkələrin əsas məqsədi Türkiyəyə zərər verməkdir, Türkiyənin böyüməsinə mane olmaqdır. Köçürülmə praktikasının qondarma soyqırım kimi tanınması onların əsl məqsədlərini göstərir. Son illərdə onlar bütün dünyada süni tarix yaratmaq istəyirlər”.

“Bizim iki dövlət, bir millət anlayışında yaşadığımız Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Bu günə qədər kədərdə də, sevincdə də əziz bacı-qardaşlarımızın yanında olmuşuq və bundan sonra da buna davam edəcəyik”, – deyə o, qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,