Dünya

Rusiya XİN Azərbaycan və Ermənistan səfiri ilə Laçın dəhlizini müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Vaqarşak Arutyunyanla görüşüb.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Məlumata görə, Rusiya tərəflərlə ayrı-ayrı görüşlər keçirib: “Laçına gedən yolda vəziyyətin inkişafı müzakirə olunub. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı əldə etdikləri bütün razılaşmalar kompleksinə ciddi əməl olunmasının vacibliyi təsdiqlənib”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin