Cəmiyyət

“Təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi” – Komitə sədri

“Hələ də respublikada elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir. Bu o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur. Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər”.

“Unikal” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri, deputat Bəxtiyar Əliyev deyib.

O bildirib ki, xaricdə olan alimlərimiz elmi araşdırmalar aparırlar, yeniliklər gətirirlər: “Həmin ölkələrə milyonlarla pul qazandırırlar. Demək ki, Azərbaycan xalqında bu potensial var. Siyasətimizə müəyyən dəyişikliklər etməliyik. Vaxtilə elm siyasəti Azərbaycan Milli Elmlər Akademiyasına həvalə olunmuşdu, amma təəssüflər olsun ki, AMEA bu yükü çəkə bilmədi”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər