Siyasət

Rus generalının separatçıların bayrağına sevgisi nədən qaynaqlanır? (ŞƏRH)

“Lentsovun bu addımı Kremlin öz maraqlarını gerçəkləşdirmək, bölgədə nəzarət imkanlarını saxlamaq üçün Qarabağdakı separatçı rejimi dəstəkləməyə davam etdiyinin göstəricisidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovun bölgəyə gələr-gəlməz separatçıların liderilə görüşməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin komandanının kim olmasının böyük əhəmiyyəti yoxdur:

“Bu Rusiyanın dövlət siyasətidir ki, Lentsov da Kremlin göstərişlərini icra edir. Moskva çalışır ki, bölgəyə özündən başqa heç bir digər kənar qüvvə nəzarət etməsin. Prosesi bütünlüklə öz nəzarətində saxlamaq istəyir. Bu məqsədlə də Kreml öz maraqlarını gerçəkləşdirmək, bölgədə nəzarət imkanlarını saxlamaq üçün separatçı rejimdən istifadə edir, onları dəstəkləyir. 

Lentsovdan əvvəlki komandirlər də separatçı rejimin nümayəndələrilə görüşüblər. Bu mənada Lentsov artıq Rusiyanın dövlət siyasətini həyata keçirən şəxsdir. Görünür, əvvəlki komandirlər Rusiyanın buradakı maraqlarını kifayət qədər yaxşı həyata keçirə bilməyiblər. Azərbaycan artıq ərazidə nəzarət-buraxılış məntəqəsi qurub, öz ərazisində özünün suveren hüquqlarını həyata keçirir. Bu mənada heç kim, o cümlədən, buradakı rus hərbi kontingentinin rəhbəri də ölkəmizə hər hansı bir formada təzyiq edə bilməz. 

Həmin kontingentin mandatı yol açmaq, yaxud bağlamaq deyil. Mandatı bölgədə sülh yaratmaq və qanunsuz silahlı dəstələri tərk-silah etməkdən ibarətdir. Təəssüf ki, Rusiya həmin qanunsuz silahlı dəstələrlə birgə hərəkət edir. Lentsovun separatçılarla görüşündə qondarma rejimin saxta bayrağının asılmasına göz yumması da Moskvanın hələ də separatçılara dəstək verməkdə davam etdiyinin göstəricisidir”. 

Qeyd edək ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik Aleksandr Lentsov dünən öz qərargahında Qarabağ separatçıları ilə görüşüb. Maraqlıdır ki, Lentsov Azərbaycan dövlətinin ərazisində olsa da, görüşdə separatçı rejimin bayrağının asılmasına da göz yumub. Digər tərəfdən, Azərbaycan ərazisinə gəldiyindən o birinci növbədə Bakıdan olan rəsmilərlə görüşməli olduğu halda, separatçılarla görüşüb. 

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,