Cəmiyyət

Yaqut Qarayeva: Hazırda ölkəmizdə qızılca ilə bağlı epidemioloji vəziyyət stabildir

Hazırda ölkəmizdə qızılca ilə bağlı epidemioloji vəziyyət stabildir.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qurumun rəsmi feysbuk səhifəsində yayımlanan “TƏBİB məsləhətində” deyib.

“Son vaxtlar bəzi ölkələrdə, qonşu Rusiyada qızılcanın yayılması ilə bağlı məlumatları alırıq. Ekspertlər bunu COVID-19 dönəmində peyvəndləmə sürətinin aşağı olması ilə əlaqələndirirlər. Bəzi ölkələr var ki, orada peyvəndlərə əlçatanlıq zəifdir, imkanlar məhduddur, uşaqlar vaksin oluna bilmirlər. Lakin Azərbaycanda belə problem yoxdur və vaksinlər əlçatandır. Yoluxucu xəstəliklər sərhəd tanımadığından arxayınlaşmaq olmaz və xəstəliyin yayılmasını gözləməməliyik. Üzərimizə düşən odur ki, valideynləri maarifləndirək və onlar övladlarını vaxtında vaksinasiyadan keçirtsinlər”.

Xatirladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun yaydığı məlumata görə, regionun 17 ölkəsində ilin əvvəlindən bəri qızılcaya yoluxma halları qeydə alınıb. Fevralın sonunda 900 yoluxma faktı barədə rəsmi xəbər verilmişdi və bu göstərici də ümumilikdə 2022-ci ildəki göstəricini üstələyir. Son 12 ay ərzində qızılcaya ən çox yoluxma halı Tacikistanda (610), Türkiyədə (466) və Rusiyada (414) qeydə alınıb. Avstriya, Serbiya, Böyük Britaniya və Özbəkistanda yoluxma 2023-cü ilin əvvəlindən artıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər