İdman

Azərbaycan Premyer Liqasında 32-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Sumqayıt” Qəbələdə “Kəpəz”in qonağı olacaq. İki komanda indiyədək ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bunların 6-da “Kəpəz”, 9-da “Sumqayıt”ın qələbəyə sevinib. Top fərqində sumqayıtlıların üstünlüyü nəzərə çarpır – 30:24. Samir Abasovun komandası son iki matçda qol vurub. Gəncə təmsilçisi isə son üç ev qarşılaşmasında qalib gəlməyib.

Günün digər oyununda “Sabah” evdə “Şamaxı” ilə qarşılaşacaq. Tərəflər ölkə çempionatlarında indiyə qədərə 17 dəfə üz-üzə gəlib. Bunların 5-də “Sabah”, 6-da “Şamaxı” qələbə qazanıb. Qalan 6 oyunda heç-heçə qeydə alınıb. Top fərqində isə bölgə təmsilçisi üstündür – 19:17. “Şamaxı” bütün səfər oyunlarında fərqlənib. “Sabah” 6 matçdır meydanı qolsuz tərk etmir.

Azərbaycan Premyer Liqası, 32-ci tur 

29 aprel (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı

VAR hakimləri: Elçin Məsiyev, Müslüm Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu.

18:30. “Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə

VAR hakimləri: Rəşad Əhmədov, Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Bank Respublika Arena”.

“Qarabağ” – 78, “Sabah” – 71, “Neftçi” – 61, “Qəbələ” – 45, “Zirə” – 42, “Turan Tovuz” – 29, “Kəpəz” – 29, “Sumqayıt” – 25, “Şamaxı” – 23, “Səbail” – 22

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata