İdman

Ronaldonun oynadığı klubun prezidenti istefa verdi

“Əl Nəssr”ın prezidenti Musalli Əl-Muammar istefa verib.

Qaynarinfo-nun məlumatına görə, komanda gözlənilən uğuru qazana bilmədiyi üçün prezident postunu tərk etmək qərarına gəlib. Səudiyyə qəzetində yer alan xəbərdə portuqaliyalı superulduzun transferində mühüm rol oynayan Əl-Muammar komandanın liqa yarışında geri qalması və “Kral Kuboku”nun yarımfinalında məğlub olmasının ardından istefa məktubunu ölkənin İdman Nazirliyinə təqdim edib.

Bildirilib ki, Əl-Muammarın bu qərarından sonra klubdakı hazırkı idarə heyəti buraxılacaq. Yeni idarə heyəti və prezidentin mövsümün sonuna qədər vəzifəsinin icrasına başlaya biləcəyi bildirilib.

Əl-Müəmmarın Ronaldo ilə bağlı dediyi, “Həyatımda iki dəfə aldadılmışam, ilk dəfə üç kabab istəyəndə mənə cəmi iki kabab verdilər, ikinci dəfə Ronaldo ilə müqavilə bağlayanda” –  sözlərini klubun mətbuat müşaviri Valid Əl-Muhaydib təkzib edib. O belə bir açıqlama verilmədiyini bildirib.

“Əl-Nəssr” Ronaldo ilə 2,5 illik müqavilə üçün 500 milyon avro xərcləyib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata