Dünya

Türkiyədə şagirdləri daşıyan avtobus aşdı: Ölənlər və onlarla yaralı var – FOTO

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan avtobusun aşması nəticəsində 3 nəfər həyatını itirib, 44 nəfər yaralanıb.

Çanaqqaladan Ankaraya gedən “Metropol Turizm”ə məxsus tur avtobusu baryerə çırpılaraq aşıb.

Həlak olanlardan biri sürücü, ikisi şagirddir.

Təcili yardım maşınları ilə xəstəxanalara çatdırılan yaralıların əksəriyyəti ambulator müalicə alıb.

Avtobusdakı 47 nəfərdən 3-ü müəllim, 2-si sürücü, bəziləri tələbə, 6-sı isə müəllimlərin övladları olub.

Bir neçə şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: Haber Global

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin