Cəmiyyət

Şəkidə üzərində “Makarov” markalı tapança gəzdirən keçmiş məhkum saxlanılıb – FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən, silahın atəşə tam yararlı olduğu müəyyən edilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, odlu silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsi ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.  Məhkəmənin də qərarı ilə S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər