Hadisə

3 nəfərin yanaraq öldüyü dəhşətli qəzadan – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Binəqədi rayonunda baş verən dəhşətli qəza yanğına səbəb olub.

“Unikal” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yanaraq ölüb.

Hadisənin videosunu təqdim edirik.

***

Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

“Unikal” xəbər verir ki, FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

22:19

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhəri Baş DYP İdarəsindən “Unikal”a verilən məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitələri ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ 2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.