Siyasət

Ərdoğan: “İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq”

“Biz həmişə dünyanın yanında olduq. Fəlakət zamanı da dünya ölkələri bizi tək qoymadı”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi.

“Azərbaycan da gəlib dedi ki, biz min ev tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, – deyə o vurğulayıb.

Dövlət başçısı bu yardımların heç vaxt unudulmayacağını bəyan edib.

“İnşallah, qısa zamanda yaralarımızı birlikdə sağaldacağıq. Axtarış-xilasetmə qruplarımız dünyanın hər yerindən gələn komandalarla həmrəy olaraq, bu prosesdən uğurla keçdi”, – deyə Ərdoğan sözlərini yekunlaşdırıb.

Mənbə: Haber Global

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,