İdman

Azərbaycanda federasiyanın baş katibi istefa verdi – YENİ TƏYİNAT

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyində dəyişiklik olub.

Məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Bildirilib ki, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Fəxri Həsənov təyin olunub. 

Qeyd edək ki, Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər “Avto Lizinq Azərbaycan” MMC-də çalışıb.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata