Dünya

Rusiya paytaxtında pilotsuz uçuş aparatlarına qadağa qoyuldu

Rusiyanın paytaxtı Moskvada pilotsuz uçuş aparatlarına (PUA) qadağa qoyulub.

Bu barədə paytaxt meri Sergey Sobyanin “Telegram” hesabında paylaşım edib.

Bildirilib ki, Moskva hakimiyyəti pilotsuz uçuş aparatlarına qadağa qoyub.

“Bu gündən etibarən Moskva şəhərində pilotsuz uçuş aparatlarının buraxılmasına qadağa qoyulması barədə qərar qəbul olundu. Dövlət hakimiyyəti orqanlarının qərarları ilə istifadə edilən PUA-lar istisna təşkil edir”, – deyə məlumatda qeyd edilib.

Nəzərə çatdırılıb ki, bu qərar hüquq-mühafizə orqanlarının işini çətinləşdirə biləcək dronlardan icazəsiz istifadənin qarşısını almaq məqsədilə qəbul edilib.

Sobyanin əlavə edib ki, dronlardan icazəsiz istifadə qanun pozuntusu hesab edilir və buna görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Mənbə: İzvestiya

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin