Dünya

Paşinyan: “Ermənistanın təhlükəsizliyini yalnız Cənubi Qafqazda sülh təmin edə bilər”

Yalnız Cənubi Qafqazda hərtərəfli sülh Ermənistanın təhlükəsizliyini təmin edə bilər.

Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Regionumuzda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, bu, o deməkdir ki, biz əlavə təhlükəsizlik problemləri ilə üzləşmişik. Yəni regionda sabitliyi təmin etməli olan sistem kifayət qədər səmərəli işləmir.

Belə bir yanaşma ola bilər ki, yeni sistemlər yaradılsın. Təhlükəsizlik arxitekturasına yeni komponentlər əlavə edilsin. Lakin bunun strateji təhlükəsizliyi təmin edəcəyi faktı dəqiq deyil. Ermənistanın təhlükəsizliyini ancaq hərtərəfli sülhlə təmin etmək olar”, – deyə hökumət başçısı bəyan edib.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin