Siyasət

Prezident: “Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq”

“Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var – təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Yəni, portfel olduqca genişdir. Biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,