Dünya

Sabah ilin ilk Ay tutulması olacaq

Səma təqviminə görə, 2023-cü ilin ilk Ay tutulması may ayının 5-də baş verəcək.

Qaynarinfo xəbər verir ki, Ay mayın 5-i, cümə günü Yerin xarici kölgəsinə keçərək penumbral tutulma adlanan astronomik hadisəni yaradacaq.

Tutulma zamanı səma müşahidəçiləri Ayın tutqun olduğunu görəcəklər, lakin o tamamilə yox olmayacaq.

Avropa, Asiya, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida Türkiyə və Azərbaycanda da tutulma müşahidə edilə bilinəcək.

Təbiət hadisəsi başlayarkən Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq.

Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Qeyd edək ki, 2023-cü ilin 2-ci Ay tutulması oktyabrın 28-də baş verəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin