Siyasət

Nazir elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı təklifə münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirib.

“Report”un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında hələ magistraturaya qəbul planının elan olmadığını xatırladıb.

“Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz”, – E.Əmrullayev bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,