Siyasət

Azərbaycanın dövlət büdcəsinə dəyişikliklər ediləcək: Nazir əsas parametrləri açıqladı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilməsi zərurəti yaranıb.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

“Əsas istiqamətləri Prezident öz çıxışında göstərib. Bunlar Böyük Qayıdış proqramına uyğun layihələrin maliyyələşdirilməsini sürətlə həyata keçirmək, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Odur ki, büdcəyə yenidən baxılması nəzərdə tutulub. Bundan başqa digər məsələlər də dəyişikliklərdə əksini tapacaq”, – deyə o qeyd edib.

Nazir 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt haqqında da məlumat verib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, büdcəyə dəyişikliklər layihəsi mayın 15-dən tez parlamentə təqdim olunmur: “Biz də bu təqvimə riayət edəcəyik”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,